Modernizə edilmiş “Buk MB” ZRK-nin atış testi keçirilib
Belarusda mordenizə edilmiş “Buk MB” zenit-raket kompleksinin döyüş atışlı sınağı keçirilib.
“AzeriDefence”nin Belarus Hərbi Sənaye Komitəsinə istinadən verdiyi məlumata görə, Belarus Silahlı Qüvvələri kompleks üzərində modernizə və yeni nümunələrin yaradılması üzrə fəal işlər görür.
Sınağı uğurla başa çatdıran “Buk MB” ZRK buraxılmış iki hədəfə 5V27D idarə olunan zenit raketləri ilə dəqiq zərbələr endirib.
Yenilənmiş “Buk MB” zenit raket kompleksi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri təchiz olunub. Raket kompleksi rəqəmsal radiolokasiya sistemi alıb.
Müasirləşdirilmiş “Buk MB” kompleksinə aktiv fazalı antenaya malik RLS-50 radarı inteqrasiya edilib. Bu radar stels hədəfləri aşkarlamağı bacarır. Eyni zamanda yeni radar vasitəsi ilə hədəflərin aşkar edilməsi uzaqlığı 30% artırılıb.
Kompleksin bir işəsalma qurğusundanüç tipdə – 9M38, 9M38M1 və 9M317 idarə olunan zenit raketləri ilə atəş açmaq mümkündür.