Modernləşdirilmiş 2S19M2 “Msta-S” ÖAQ-ların ilk partiyası sifarişçiyə təhvil verilib
2023-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində “Rostex” Dövlət Korporasiyası modernləşdirilmiş 2S19M2 “Msta-S” özüyeriyən artilleriya qurğularının (ÖAQ) ilk partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, modernləşdirilmiş 155 mm-lik 2S19M2, avtomatlaşdırılmış istiqamətləndirmə və atəşi idarəetmə sistemi (ASUNO) ilə təchiz edilib. Bu da “Msta-S”ə sutka ərzində və istənilən hava şəraitində hədəflərə atəş açmaq imkanı qazandırıb.
Təkmilləşdirmə nəticəsində 2S19M2 “Msta-S” in radar, termal və optik sistemlər tərəfindən aşkarlanması çətinləşdirilib, hərəkət qabiliyyəti, atəş sürəti, eləcə də müxtəlif növ mərmilərlə atəş açmaq bacarığı artırılıb.