Müharibə əlilləri və digər imtiyazlı şəxslərə daha 250 avtomobil veriləcək

Müharibə əlilləri və digər imtiyazlı şəxslərə daha 250 avtomobil veriləcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və  Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azeri Defence saytına verilən məlumata görə, Nazirlik tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6900 avtomobil verilib.

CATEGORIES
TAGS