![Myanmar Su-30SME qırıcılarını Rusiyadan təhvil alıb Myanmar Su-30SME qırıcılarını Rusiyadan təhvil alıb](https://poliqon.az/wp-content/uploads/2023/12/GBZ2TANXQAAZeVj-e1703068712545.webp)
Myanmar Su-30SME qırıcılarını Rusiyadan təhvil alıb
Rusiya istehsalı olan 2 ədəd Su-30SME döyüş təyyarəsi Myanmar Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.
“Poliqon” “Yangon Media Group”a istinadən xəbər verir ki, sonuncu partiyanın təhvil verilməsi ilə Su-30SME qırıcılarının Myanmar HHQ-yə tədarükü tamamlanıb.
Qeyd edək ki, Myanmar 2018-ci ildə Rusiyaya 6 ədəd Su-30SME qırıcısı sifariş edib. Qırıcıların ilk partiyası 2022-ci ilin iyulunda, ikinci partiyası isə cari ilin sentyabr ayında Myanmara çatdırılıb.
4-cü nəsil çoxməqsədli döyüş təyyarələri olan Su-30SME-lərin Myanmar Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını əhəmiyyətli şəkildə artırması planlaşdırılıb.
TAGS Su-30SME