Nazir müşaviri: 90 ölkə İrandan PUA almaq istəyir

Nazir müşaviri: 90 ölkə İrandan PUA almaq istəyir

90 ölkə İran müdafə sənayesinin istehsal etdiyi müxtəlif tipli pilotsuz uçuş aparatlarını (PUA) almaq istəyir.

“Poliqon” saytının “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran kəşfiyyat nazirinin müşaviri bildirib.

Müşavir İranın hazırladığı PUA-ların yüksək imkanlara sahib olduğunu və bu səbəbdən digər ölkələr tərəfindən tələb gördüyünü qeyd edib.

İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedi isə vurğulayıb ki, İran müxtəlif tipli PUA istehsalında özünü tam şəkildə təmin edə bilir. Bu isə İranın pilotsuz uçuş aparatları sahəsindəki gücünün 33 faiz artmasına imkan verib.

Poliqon.az

CATEGORIES