Northrop Grumman LEMV-nin ilk uçuşunu keçirib

Northrop Grumman şirkəti tərəfindən hazırlanmış Uzun Müddət Havada Qala Bilən Kəşfiyyat Aparatının (Long Endurance Multi-Intelligence Vehicle / LEMV) ilk uçuş sınaqları keçirilib. Bu barədə “AzeriDefence” Northrop Grumman şirkətinin saytına istinadən məlumat verib.

ABŞ ordusu üçün hazırlanmış bu hibrid aparat qaldırma qüvvəsinin 60%-ni gövdəsindəki qazlardan, qalan 40%-ni isə aerodinamik təsirdən alır.

LEMV müxtəlif kəşfiyyat və müşahidə avadanlıqları ilə günlərlə havada qala və müşahidə apara biləcək.

KATEQORIYA: