Norveç HHM sistemləri üçün Ukraynaya maddi yardım ayırıb

Norveç HHM sistemləri üçün Ukraynaya maddi yardım ayırıb

Norveç hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya 240 milyon avro dəyərində maddi yardım ayırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Norveç Ukrayna üçün hava hücumundan müdafiə tədbirlərinə 240 milyon avro yardım edəcək. Bu gün Almaniya Danimarka, Hollandiya və Norveçlə birlikdə Ukraynaya daha 100 ədəd “Patriot” hava hücumundan müdafiə raketi tədarük edəcəyini açıqlayıb. Norveç bu təşəbbüsə 125 milyon avro töhfə verəcək”, – deyə məlumatda bildirilib.

CATEGORIES