Norveç Ukraynaya “Leopard 2” tankları tədarük edib

Norveç Ukraynaya “Leopard 2” tankları tədarük edib

Norveç Müdafiə Nazirliyi 8 ədəd “Leoprad 2” tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda “Leopard 2”lər Ukrayna Silahlı Qüvvələrinə təhvil verildikdən sonra ondan istifadə edəcək hərbçilərə lazımi təlimlərin keçirildiyi bildirilib.

Qeyd edək ki, yaxın günlər ərzində İspaniya tərəfindən də Ukraynaya 6 ədəd “Leopard 2A4” tankı çatdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS