Sənaye
“Nurol Teknoloji” şirkəti Türkiyə polisindən 180 min zirehli gödəkcə sifarişi alıb

“Nurol Teknoloji” şirkəti Türkiyə polisini zirehli gödəkcələrlə təchiz edəcək.
Bu barədə “AzeriDefence” Türkiyənin Müdafiə Sənayesi Katibliyinə (SSM) istinadən məlumat verib.
Əmniyyət Baş İdarəsinin ehtiyaclarının milli imkanlar hesabına qarşılanması üçün oktyabrın 12-də SSM və “Nurol Teknoloji” şirkəti arasında müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Əmniyyət Baş İdarəsi üçün 180 min zirehli gödəkcənin 11 ay ərzində istehsal edilib çatdırılması planlaşdırılır.



