“Otokar” adı açıqlanmayan ölkəyə zirehli nəqliyyat vasitələri tədarük edəcək

“Otokar” adı açıqlanmayan ölkəyə zirehli nəqliyyat vasitələri tədarük edəcək

Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan ölkə ilə 4×4 təkər formullu zirehli nəqliyyat vasitələrinin alqı-satqısı üçün 54 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Otokar” şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqaviləyə əsasən, “Otokar” şirkəti zirehli maşınların müştəriyə çatdırılmasına cari ilin ikinci yarısından başlayacaq və ilin sonuna kimi bu prosesi yekunlaşdıracaq.

Qeyd edək ki, “Otokar” şirkəti 2023-cü il 20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə keçiriləcək IDEX sərgisində özünün zirehli nəqliyyat vasitələrini və döyüş modullarını nümayiş etdirəcək.

Poliqon.az

CATEGORIES
TAGS