Pakistan HDQ komandanı Hərbi İnstitutu və N hərbi hissəsini ziyarət edib

Pakistan HDQ komandanı Hərbi İnstitutu və N hərbi hissəsini ziyarət edib

Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin Azərbaycanda səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, dekabrın 2-də admiral M.A.X.Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi, əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.

Pakistan HDQ komandanı Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Sonra qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsindəki tədris prosesi və burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Daha sonra nümayəndə heyəti HDQ-nin N hərbi hissəsini ziyarət edib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Qonaqlara hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq prosesi və xidmət şəraiti haqqında ətraflı məlumat verilib.

Hərbi hissə ilə tanışlıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrə baxış keçirilib.

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

6e6dc1cfbcbdc7b79cafbb2ba670b851 73d90cf1005a77df4f6ae1e078c4f488 c51809df8f60cadeefa16121b0ce859c bb98a8e8be8295fcae3cdc4171c3c555 80d28aa4ddccab7be897ee69f5a8f1d0 342565526334f115fc1881ffd174ab5d 90886a7a9534e33df9c95ef7e44b4481 09a2cbe96b0974787f66b189fab26500 7e05fb54731ea286bb18c62260e68fae 3eceb7f629224de395e37f5cbbcee5df 19a354a19e0d9dc12a2eaf5d73e507d3

Poliqon.az

CATEGORIES
TAGS