Pakistan “Shaheen-3” ballistik raketini test edib

Pakistan “Shaheen-3” ballistik raketini test edib

Pakistanda “Shaheen-3” (“Şahin-3”) yer-yer tipli orta mənzilli ballistik raketin növbəti sınaqları keçirilib.

“Poliqon”un məlumatına görə, “Shaheen-3” ballistik raketinin sınağının keçirlməsində məqsəd sistemin müxtəlif dizayn və texniki parametrlərini yenidən yoxlamaq olub.

Bildirilib ki, “Shaheen-3” raketinin sınaqları uğurla nəticələnib. 2750 km-ə qədər uçuş məsafəsinə malik olan ballistik raket Hindistanın Şimal-Şərq, eləcə də Andaman və Nikobar adalarının ən ucqar nöqtələrinə çatmağa qadirdir.

Xatırladaq ki, “Shaheen-3” raketinin ilk atış sınaqları 2015-ci ilin martında keçirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş