Pakistanda keçirilən PIMEC-2023 sərgisi davam edir

Pakistanda keçirilən PIMEC-2023 sərgisi davam edir

Pakistanın Karaçi şəhərində keçirilən 1-ci PIMEC Beynəlxalq Dəniz Sərgisi və Konfransının ikinci günü başa çatıb.

“Poliqon” xəbər verir ki, Pakistanın yerli şirkətlərinin üstünlük təşkil etdiyi sərginin ikinci günündə bir sıra müqavilələr də imzalanıb.

PIMEC-2023 sərgisinə qatılan xarici iştirakçılar arasında Türkiyə müdafiə sənayesinin şirkətləri xüsusilə seçilir. Bu şirkətlərin sırasında ASELSAN, STM, ASFAT, MilSOFT və digərləri yer alıb.

ASELSAN-ın sərgidə nümayiş etdirdiyi məhsulların önündə ZOKA torpedo əleyhinə aldadıcı və qarışdırıcı akustik sistem gəlir. ZOKA akustik sistemi şirkətin HIZIR (suüstü gəmilərə quraşdırılır) və ZARGANA (sualtı qayıqlara quraşdırılır) torpeda əleyhinə sistemlərinin elementi kimi istifadə olunur. Sistemin işləmə prinsipi ətarafa aldadıcı və qarışdırıcı akustik siqnallar yaymaqla suüstü yaxud sualtı vasitəyə yönəlmiş torpedo və bu kimi təhdidləri platformadan yayındıraraq uzaqlaşdırmaqdır.

Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Agosta 90B” sinifi sualtı qayıqlarının modernizasiyasını yerinə yetirən STM şirkəti sərgidə “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT) PNS MOAWIN-i nümayiş etdirib. Eyni zamanda tamamilə Türkiyə mühəndisləri tərəfindən dizayn edilən kiçik ölçülü STM500 sualtı qayığı barəsində də ziyarətçilərə məlumatlar verib.

Xatırladaq ki, STM şirkəti STM500 sualtı qayığını ilk dəfə 2022-ci ilin 6-8 sentyabr tarixində Bakıda keçirilən ADEX-2022 müdafiə sərgisində nümayiş etdirib.

Pakistan HDQ üçün PN MİLGEM Layihəsi çərçivəsində inşa edilən “PNS Khaibar”,  “PNS Babur”, “PNS Badr” və “PNS Tariq” korvetlərinin baş podratçısı olan ASFAT şirkəti də PIMEC-2023-də özünün dəniz sistemləri sahəsindəki qabaqcıl həll və məhsullarını sərgiləyib.

Qeyd edək ki, fevralın 12-dək davam edəcək PIMEC sərgisinə 21 xarici və 112 yerli olmaqla ümumilkdə 133 özəl və dövlət şirkəti qatılıb.

81416864 a2cd 4e8c 818b 100aa11bd716 WhatsApp Image 2023 02 11 at 19.23.19 WhatsApp Image 2023 02 11 at 19.23.20 2 WhatsApp Image 2023 02 11 at 19.23.21 WhatsApp Image 2023 02 11 at 19.23.22 1 WhatsApp Image 2023 02 11 at 19.23.22 2 WhatsApp Image 2023 02 11 at 19.23.23 1 WhatsApp Image 2023 02 11 at 19.23.25 1 WhatsApp Image 2023 02 11 at 19.23.25 WhatsApp Image 2023 02 11 at 19.23.26

Poliqon.az

CATEGORIES
TAGS