Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” ZRK almaq istəyir

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” ZRK almaq istəyir

ABŞ-ın Dövlət Departamenti Polşaya 15 milyard dollar dəyərində “Patriot” zenit-raket komplekslərinin (ZRK) satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, bu sifarişə 48 ədəd “Patriot” buraxılış qurğusunun, 644 ədəd PAC 3 MSE (PATRIOT Advanced Capability 3 Missile Segment Enhanced) raketinin və lazımi digər elementlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Nazirin sözlərinə görə, Polşa hazırda ABŞ Konqresi tərəfindən də satışın təsdiq edilməsini gözləyir.

Poliqon.az

CATEGORIES
TAGS