Polşa HDQ-nin freqatlarını “Sea Ceptor” ZRK-lər qoruyacaq

Polşa HDQ-nin freqatlarını “Sea Ceptor” ZRK-lər qoruyacaq

MBDA şirkəti Polşa Hərbi Dəniz Qüvvələrinin üç yeni “Miecznik” sinifli freqatını “Sea Ceptor” zenit-raket kompleksi (ZRK) ilə təchiz edəcək.

“Poliqon” MBDA-ya istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki, “Sea Ceptor” ZRK, hərbi gəmiləri və dəniz platformalarını müasir hava və suüstü təhlükələrdən qorumaq üçün nəzərdə tutulub. Zenit-raket hədəfləri məhv etmək üçün MBDA tərəfindən hazırlanmış “yer-hava” təyinatlı “Common Anti Air Modular Missile” (CAMM) raketlərindən istifadə edir.

CATEGORIES