Polşa K2 tanklarının növbəti partiyasını təhvil alıb

Polşa K2 tanklarının növbəti partiyasını təhvil alıb

Cənubi Koreya istehsalı olan K2 “Black Panther” tanklarının dördüncü  partiyası Polşanın Qdinya limanına çatdırılıb.

Bu barədə “Poliqon” Polşa Silahlanma Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, çatdırılan 6 ədəd K2 tankı Polşa Ordusunun 20-ci Mexanikləşdirilmiş Briqadasına göndəriləcək.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti və Polşanın Silahlanma Agentliyi arasında 180 ədəd K2 tankının satın alınması ilə bağlı 3.37 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Sözügedən müqavilə çərçivəsində 10 tankdan ibarət birinci partiya ötən ilin dekabrında, 5 tankdan ibarət ikinci partiya 2023-cü ilin martında, 7 tankdan ibarət üçüncü partiya isə cari ilin mayında Polşa Ordusuna təhvil verilib.

120 mm-lik topla silahlandırılan K2 tankı 40 ədəd sursat daşıya, düz yolda maksimum 70 km/saat, ərazidə isə 50 km/saat sürətlə hərəkət edə bilir. Əlavə olaraq 7.62 mm-lik pulemyot və 12.7 mm-lik ağır pulemyot ilə təchiz edilən tankın çəkisi 55 tondur.

Poliqon.az

CATEGORIES
TAGS