Polşa tezliklə “Abrams”ların ilk partiyasını əldə edəcək

Polşa tezliklə “Abrams”ların ilk partiyasını əldə edəcək

Polşa M1A1 “Abrams” tanklarının ilk partiyasını bu ayın sonunda təhvil alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

O bildirib ki, tezliklə 14 ədəd M1A1 “Abrams” tankı və 3 ədəd M88A2 “Hercules” təmir-təxliyyə maşını ABŞ-dan Polşaya göndəriləcək.

Xatırladaq ki, bundan əvvəl ilk “Abrams”ların cari ilin aprel ayında təhvil alınacağı açıqlanmışdı.

Poliqon.az

CATEGORIES
TAGS