Prezident İlham Əliyev Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu təltif edib

Prezident İlham Əliyev Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu təltif edib

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) bir qrup hərbi qulluqçusu təltif olunub.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə:

  • Məmmədov Elçin Əli oğlu – polkovnik
  • Zahidov Aydın Tofiq oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə:

  • Əliyev Əfqan Zaman oğlu – polkovnik
  • Ağamaliyev Almas Bilal oğlu – polkovnik-leytenant
  • Bağırov Zaur Hacı oğlu – polkovnik-leytenant
  • Əliyev Elşad Vəli oğlu – polkovnik-leytenant
  • İldırımov Səxavət Qəfər oğlu – polkovnik-leytenant
  • Paşayev Azər Qafar oğlu – polkovnik-leytenant
  • Qubatov Neymət Şərafəddin oğlu – mayor
  • Mancanov Rasim Abdulkərim oğlu – mayor
  • Yusubov Etibar Hacımurad oğlu – mayor
  • Musazadə Turqay Məmməd oğlu – kapitan.

Poliqon.az

 

CATEGORIES