Prezident şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərIə tanış olub – YENİLƏNİB

Prezident şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərIə tanış olub – YENİLƏNİB

Dekabrın 29-da Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.

Bu barədə “Poliqon” Prezidentin saytına istinadən məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən faydalanıb.

Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq. Onlardan 48-i MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.

Dövlət başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəlib. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlət başçısı mənzillərə baxıb.

P1

P2

P3

P4

pr 2

Poliqon.az

CATEGORIES
TAGS