Qarabağdaki separatçı rejimin aviasiya idarəsi ilə əməkdaşliq edən şirkətlərlə bağlı araşdırmalar başlanacaq

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) Xankəndində separatçı rejimin aviasiya idarəsi ilə işbirliyinə gedən xarici şirkətlərlə bağlı araşdırmalara başlayacaq. Bu barədə “AzeriDefence” saytına ADMAA-dan məlumat verilib.

Adminstrasiyadan bildirilib ki, separatçı rejimin “aviasiya idarəsinin rəhbərinin” dedikləri faktlar təsdiq olunduğu təqdirdə, Azərbaycan hökuməti diplomatik və digər kanallar vasitəsi ilə müvafiq tədbirlər görəcək.

“Erməni tərəfi “Britsh Aerospace” kimi şirkətlərin adını hallandırmaqla öz iddialarını həyata keçirməkdə israrlı olduqların və bu məsələdə beynəlxalq dəstək aldıqlarını göstərmək istəyirlər. Bu inandırıcı deyil”,- deyə ADMAA-dan qeyd olunub.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin “aviasiya idarəsinin rəisi” Dmitri Abdaşyan bu gün “Mediamax” agentliyinə açıqlamasında Xankəndi aeroportunda təyyarələrə Böyük Britaniyanın “British Aerospace” şirkətinin texniki xidmət göstərəcəyini bildirib. Adbaşyan bildirib ki, aeroportda əsas işlər artıq başa çatıb. Hava limanının 2012-ci ilin ortalarında istismara verilməsi gözlənilir.

CATEGORIES