Qazax istiqamətində Ermənistan Ordusunun hərbçisi zərərsizləşdirilib

Dövlət sərhədində atəşkəs rejimini pozan Ermənistan Ordusunun bir hərbçisi yaralanıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Sputnik”ə açıqlamasında Tavuş rayonu istiqamətində Ermənistan Ordusunda müqavilə əsasında xidmət edən bir hərbi qulluqçunun yaralandığını təsdiqləyib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, bu gün saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində DSX Sərhəd Qoşunlarının sərhəd döyüş məntəqələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb. Sərhəd döyüş məntəqələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.




