
Qazaxıstan Rusiya istehsalı olan daha iki Su-30SM yeni döyüş təyyarəsini silahlanmaya qəbul edib.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Sifariş üzrə ilk 4 təyyarənin çatdırılması 2015-ci ilin aprel ayında həyata keçirilib.
Yüksək manevr qabiliyyətli Su-30SM çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilib.



