Qazaxıstan Silahlı Qüvvələrinin inventarındakı “Arlan”ların sayı bəlli olub

Qazaxıstan Silahlı Qüvvələrinin inventarındakı “Arlan”ların sayı bəlli olub

Qazaxıstan Silahlı Qüvvələrinin inventarında mövcud olan “Arlan” (Azərbaycan Ordusunun silahlanmasındakı adı “Marauder”) zirehli döyüş maşınlarının sayı açıqlanıb.

Bu barədə “Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, hazırda Qazaxıstan SQ-nin silahlanmasında 138 ədəd “Arlan” (110 ədəd döyüş modullu, 28 ədəd döyüş modulsuz) zirehli döyüş maşını yer alır.

Qeyd edilib ki, cari ilin sonuna kimi təhvil verilməsi şərti ilə istehsalçı “Kazakhstan Paramount Engineering” (KPE) şirkətindən daha 20 ədəd “Arlan”ın (18 ədəd döyüş modullu, 2 ədəd döyüş modulsuz) satın alınması planlaşdırılıb.

CATEGORIES
TAGS