Qələbə Paradında Rusiyanın yeni zirehli texnikaları nümayiş olunub

Qələbə Paradında Rusiyanın yeni zirehli texnikaları nümayiş olunub

İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Moskvada keçirilən Qələbə Paradında Rusiyanın yeni Z-STS “Axmat” və AMN-590951 “Spartak” zirehli maşınları nümayiş olunub.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, paradda ənənəvi olaraq texnikaların keçidini T-34 tankları açıb, onların ardınca isə “Spartak” və “Axmat” zirehli maşınlarından ibarət qrup keçid edib.

Daha sonra geniş çeşiddə raket və artilleriya sistemlərinin, o cümlədən “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin və S-400 zenit-raket komplekslərinin keçidi baş tutub. Sonda texnikaların keçidi “Bumeranq” zirehli maşını ilə tamamlanıb.

Ötən il olduğu kimi bu ildə paradda aviasiya vasitələrinin uçuşu baş tutmayıb.

Rusiyada AMN-590951 “Spartak” zirehli avtomobili ilk dəfə “Army-2022” sərgisində təqdim olunub. Milli Qvardiyanın istifadəsi üçün hazırlanan “Spartak”-ın üzərinə 12.7 mm-lik “Kord” pulemyotu ilə təchiz edilən döyüş modulu quraşdırılıb.

4×4 təkər formullu malik olan texnika tam təchizatlı 9 personalı daşımaq imkanına malikdir. Onun xüsusi yüklərin daşınması üçün nəzərdə tutulmuş versiyası da mövcuddur. “Spartak” zirehli maşını həm atıcı silahların atəşinə, həm zirehdeşən mərmilərin zərbələrinə, həm də 6 kiloqramlıq TNT partlayışlarına qarşı davamlıdır.

Z-STS “Axmat” zirehli avtomobili də ilk dəfə “Army-2022”də beynəlxalq təqdim edilib. İstehsalçı tərəfindən onun hazırlanması təxminən 25 gün çəkib. 6×6 təkər formullu “Axmat”, -50 ilə +50 dərəcə hava temperaturu arasında və 4500 metrə qədər hündürlükdəki dağlıq ərazilərdə işləmək imkanına malikdir. Onun vasitəsilə həm personalların, həm də yaralıların daşınması mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS