“Rafale” təyyarələrinin RLS-i təkmilləşdirilir
Fransanın “Dassault” şirkəti “Rafale” döyüş təyyarələrini THALES firmasının istehsalı olan AFAR antenası ilə təkmilləşdirilmiş RVE2 bort radilokasiya stansiyaları ilə təchiz etməyə başlayır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Dassault” şirkəti məlumat yayıb.
Şirkətin məlumatında qeyd edilib ki, 2013-cü ildə bu radarla 5 təyyarənin təchiz oluması, 2014-cü ildə isə birinci eskadrilyanın formalaşdırılması nəzərdə tutulur.
Yeni antenalı radarın uçuş sınaqları “Mirage-2000” və “Falcon 20” təyyarəsində keçirilib. Ümumilikdə yerinə yetirilmiş 25 uçuşda radar 140 parametr üzrə yoxlanıb. “Hava-hava” rejimində radarın imkanları gözlənənlərdən yuxarı olub. Nəticələrə əsasən bildirilib ki, ön hissənin elektro-optik sistemlə RLS kombinasiyası təyyarəyə havada daha öldürücü döyüş aparmağa imkan verəcək.
AFAR-lı radarları ilk olaraq Hərbi Hava Qüvvələrinin “Rafale C” tipli təyyarələri alacaq. “Rafale M” tipli təyyarələrin yeni radarla təchizatı isə 2013-cü ildən başlanacaq.
AFAR-lı RLS təyyarələrə aşkar etmə və hədəflərin müşayiətini, ən böyük bucaq əhatəsini və maneələri daha uzaqdan görməyə imkan verəcək.
Sınaqlar zamanı RBE2 stansiyası həmçinin hava-səth rejimində də testdən keçirilib. Sınaqlar düzənlik, dağlıq yerlər, sənaye binaları, vertikal quruluşlar daxil olmaqla müxtəlif ərazilərin üstündə aparılıb.