“Rheinmetall Defence” şirkəti “Strike Shield” aktiv müdafiə kompleksini təqdim edib

“Rheinmetall Defence” şirkəti “Strike Shield” aktiv müdafiə kompleksini təqdim edib

Almaniyanın silah və hərbi texnika istehsalçısı olan “Rheinmetall Defence” şirkəti zirehli maşınlar üçün “Strike Shield” aktiv qorunma modul kompleksini təqdim edib.

“Poliqon” “Breaking Defense”yə istinadən bildirir ki, “Strike Shield” aktiv qorunma modul kompleksi hibrid həll, hərbi texnikanı effektiv şəkildə qorumaq üçün yeni nəsil aktiv və passiv texnologiyaları özündə birləşdirir.

Müasir döyüş meydanında, yerüstü nəqliyyat vasitələri üçün təhdidlər daim artır və bu da hərbi texnikanın qorunmasının təkmilləşdirilməsini həyati vacib edir.

Yeni sistemlərin inteqrasiyasına yanaşma, heyət üzvlərinin və maşının özünün sağ qalmasını yüksəltmək üçün daha səmərəli və təsirli vasitə kimi kritik hala gəlib. Artıq aktiv müdafiə sistemləri zirehli maşınlar üçün ən populyar texnologiyalardan birinə çevrilib. Lakin onların mövcud nəqliyyat vasitələrinə inteqrasiyası əsasən əsas döyüş tankları ilə məhdudlaşır və yalnız platformalarda əhəmiyyətli dəyişiklik edildikdən sonra istifadə edilə bilir.

“Strike Shield”, “Rheinmetall Defence” şirkətinin üçüncü və son nəsil aktiv müdafiə sistemi (ADS – Active Defense System) texnologiyasıdır. Fərqli zirehli maşınlara yerləşdirilə bilən modul quruluşa malik olmaqla, özündə aktiv və passiv müdafiəni birləşdirir.

Sensorlar və əkstəsir elementləri bütün konturlarına inteqrasiya olunmuş paylanmış bir sistemdir. Digər üstünlükləri sırasına, aktiv müdafiə kompleksinin ən aşağı elektromaqnit şüalanma və eyni zamanda bir neçə təhdidə qarşı ən sürətli cavab müddəti aiddir.

Kompleks, maşını RPQ reaktiv qumbaralarının və idarə olunan raketlərin kumulyativ döyüş hissələrindən platformanın özünə dəyməzdən əvvəl zərərsizləşdirərək qoruyur.

“Strike Shield” aktiv müdafiə kompleksinin komponentləri aralıq zirehin xarici və daxili təbəqələri arasında yerləşdirilmiş və zirehli maşınların gövdəsinə quraşdırılmış hibrid asma zireh lövhələrə mexaniki olaraq inteqrasiya edilmişdir. Kompleks beynəlxalq IEC61508 (Elektrik/Elektron/Proqramlaşdırıla bilən Elektron Təhlükəsizlik ilə əlaqəli Sistemlərin Funksional Təhlükəsizliyi) standartına cavab verir.

ahh1

“StrikeShield” aktiv müdafiə kompleksi “Boxer” zirehli transportyoru üzərində

ahh2 1

Hibrid zireh lövhələrinə inteqrasiya edilmiş aktiv müdafiə kompleksi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS