![Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib](https://poliqon.az/wp-content/uploads/2023/09/whatsapp_image_2023-09-27_at_13.46.39-e1695812630520.jpeg)
Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
“Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir”, – deyə məlumatda qeyd edilib.
CATEGORIES Xəbərlər