
Rusiya İraq Silahlı Qüvvələrinə T-90S tanklarının ilk partiyasını göndərib.
“AzeriDefence”nin məlumatına görə, Leninqrad vilayətinin Ust-Luqa limanında T-90S tanklarının gəmiyə yüklənməsi ilə bağlı video material yayılıb.
“Uralvaqonzavod”un 2017-ci ilin hesabatında göstərilib ki, 73 ədəd T-90S tanklarının ilk partiyasının İraqa göndərilməsi bu il üçün prioritet məsələdir.
Xatırladaq ki, TASS xəbər agentliyinin 2017-ci ilin noyabr ayında Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, hərbi-texniki əməkdaşlıq çərçivəsində Rusiya İraqa T-90S tanklarının çatdırılma müqaviləsini reallaşdırır. Müqavilə hər iki ölkə tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilir.



