
Rusiyanın “İvanov Paraşüt Zavodu” (“Polyot” şirkətinə daxildir) Ermənistan Müdafiə Nazirliyinə paraşüt-desant texnikasının çatdırılmasını həyata keçirir.
Bu barədə “AzeriDefence” Ermənistan mediasına istinadən məlumat verib.
İrəvanda keçirilən “ArmHiTec – 2016” sərgisində təmsil olunan “İvanov Paraşüt Zavodu” özünün müxtəlif desant paraşütlərini və konteynerlərini sərgiləyib.
Zavodun satış mütəxəssisi Vladimr Potapov bildirib ki, müəssisənin Ermənistan Müdafiə Nazirliyi ilə alğı-satqı müqaviləsi var. Müqavilə üzərə paraşüt-desant texnikasının çatdırılması davam edir.



