Rusiya VI nəsil radiostansiyaların testlərini yekunlaşdırıb
Rusiya “Azart-P1” altıncı nəsil radiostansiyasının dövlət sınaqlarını müvəffəqiyyətlə bitirib. Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Taktik əlaqənin məxfiləşdirilməsi üçün nəzərdə tutulan yeni radiostansiyanı istənilən tezliklərə kökləmək, hətta mobil telefonlarla rabitə əlaqəsini təmin etmək mümkündür. Sınaların yekununda “Azart-P1” radiostansiyasının silahlanmaya qəbulu məsləhət görülüb.
“Anqstrem” müəssisəsi tərəfindən sırf yerli elementar baza əsasında yaradılmış “Azart P1” radiostansiyanın əsasının yerli istehsal olan 1 GHz tezlikli mikroprosesor təşkil edir. İstehsal texnoloqiyası 65nm prosesə uyğundur. Proqram təminatı radiostansiyanın istənilən standartlarda çalışan bütün rabitə texnikası ilə uyğun işləməsini təmin edir.
Yeni radiostansiyanın ilk partiyası – 650 dəst Cənub hərbi dairəsinin üç hərbi hissəsinə çatdırılacaq. 2013-cü ildə Silahlı Qüvvələr ümumilikdə 23 min ədəd “Azart-P1” portativ radiostansiyasını alacaq.
“Azart-P1” radiostansiyası 7.2 kbit/s-ə qədər məlumatların ötürülməsi sürətini təqdim edir. Kod-siqnal əlaqəsinə, həmçinin İK və Bluetooth sisteminə malik radiostansiya -50, +50 dərəcə tempraturda işləyə bilir və batareyası ən azı 6 saat fasiləsiz işi təmin edir.