Rusiyada “Bumeranq” platformalı PDM və ZTR-in dövlət sınaqlarına başlanılıb

Rusiyada “Bumeranq” platformalı PDM və ZTR-in dövlət sınaqlarına başlanılıb

Perspektiv “Bumeranq” platformalı təkərli K-17 piyadanın döyüş maşını (PDM) və K-16 zirehli transportyorunun (ZTR) sınaq-sənaye partiyası yaxın vaxtlarda qoşunlara veriləcək.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, qoşunlara veriləcək yeni maşınların sayı isə yeni silah proqramında təyin ediləcək.

Qeyd etmək lazımdır ki, baza şassisi lazımi avadanlığı yerləşdirmək üçün çox yaxşı daxili həcmə malik olduğundan rabitə və kəşfiyyat komplekslərinin inkişafı üçün platforma olaraq istifadə edilə bilər.

“Bumeranq” Rusiya hərbi sənaye kompleksi tərkibində fəaliyyət göstərən “Hərbi-sənaye şirkəti” MMC tərəfindən hazırlanan unifikasiya edilmiş perspektivli təkərli zirehli platformadır. Qeyd edildiyi kimi, bu platforma əsasında təkərli K-17 PDM və K-16 ZTR yaradılıb.

K-17 PDM baza versiyasında qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və “Kornet” tank əleyhinə raketləri olan 30 mm avtomatik 2A42 toplu “Epoxa” (“Bumeranq-BM”) döyüş modulu ilə təchiz edilib.

K-16 ZTR isə 12.7 mm pulemyotu olan döyüş modulu ilə təchiz edilib.

Bunlardan başqa, “Bumeranq” bazasında zirehli tibb maşını, atəş dəstək maşını, özüyeriyən zenit raket kompleksi (“Sosna” ZRK variantı), özüyeriyən minaatan, radioaktiv-kimyəvi-bioloji müdafiə maşını, komanda-qərargah maşını və zirehli təmir-təxliyyə maşını yaradılıb.

240435368 380134680278483 2956177746375235259 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS