Rusiyada “TsNIItochmash” tərəfindən ölümcül gülləli patron istehsal olunub

Rusiyada “TsNIItochmash” tərəfindən ölümcül gülləli patron istehsal olunub

“Kalaşnikov” konserninin tərkibindəki Mərkəzi Dəqiq Maşınqayırma Elmi-Tədqiqat İnstitutu (“TsNIItochmash”) Rusiyanın hüquq-mühafizə orqanları üçün yüksək öldürücülük qabiliyyətinə malik gülləli patron istehsal edib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, “TsNIItochmash” tərəfindən SP12 indeksli patronlar partiya halında istehsal olunub.

9 mm-lik (9×21) bu patron 1990-cı illərin əvvəllərində tapançaların istifadəsi üçün hazırlanıb və fərdi zireh ilə qorunmayan düşmən canlı qüvvəsinin tam şəkildə məhv edilməsindən ötrü nəzərdə tutulub.

İstehsalçının sözlərinə görə, durdurma gücü baxımından SP12 patronlarının güllələri həm xarici analoqlarından, həm də polad və qurğuşun nüvəli güllələri olan ənənəvi rus patronlarından iki dəfə daha üstündür. Eyni zamanda güllə özünün yüksək atəş dəqiqliyi ilə seçilir.

Poliqon.az

CATEGORIES
TAGS