Rusiyada yeni universal robot platforması yaradılıb

Rusiyada yeni universal robot platforması yaradılıb

Rusiyanın “Gumich” şirkəti tərəfindən “İmpuls-M” adlı universal yerüstü robot platforması yaradılıb.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, robot “Gumich” şirkəti tərəfindən hazırlanıb və “Rostex” layihənin ortaq sərmayəçisidir.

Bildirilib ki, modul dizayn quruluşuna sahib olan “Impuls-M” robotu 1 tona yaxın yükgötürmə qabiliyyətinə və qoşquda 500 kq yükü daşımaq bacarığına malikdir. Hazırda tərtibatçı “Impuls-M”in hərbi versiyasını sınaqdan keçirir. Robotun hərbi versiyası tank əleyhinə raket kompleksi və döyüş modulu ilə təchiz edilib.

Bundan başqa, “İmpuls-M” minaların qoyulması, yüklərin daşınması və yaralıların təxliyəsi üçün də istifadə edilə bilər.

CATEGORIES
TAGS