Rusiyanın T-90 və T-80 tanklarını “Arena-M” kompleksi qoruyacaq

Rusiyanın T-90 və T-80 tanklarını “Arena-M” kompleksi qoruyacaq

Rusiyada T-90 və T-80 tipli tanklar gələcəkdə “Arena-M” aktiv mühafizə kompleksi ilə təchiz olunacaq.

“Poliqon” bildirir ki, bu barədə TASS informasiya agentliyinə Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” holdinqindən məlumat verilib.

Qeyd edilib ki, gələcəkdə “Arena-M” aktiv mühafizə kompleksini əsas döyüş tankları ilə yanşı, digər zirehli texnikalar da quraşdırmaq mümkün olacaq. Bunun üçün isə əvvəlcə zirehli avtomobilin xüsusiyyətlərini nəzərə almaqla onlar üzərində müəyyən təkmilləşdirmələrin aparılması lazımdır.

Holdinqin bildirdiyinə görə, hazırda “Arena-M” kompleksinə xarici müştərilər də kifayət qədər maraq göstərir. Bununla belə, holdinqin əsas vəzifəsi Rusiya ordusunun ehtiyaclarını ödəmək və “Arena-M”in seriyalı istehsalını təşkil etməkdir.

“Arena-M” aktiv mühafizə kompleksi “Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Maşınqayırma Konstruktor Bürosu” (KBM) tərəfindən hazırlanıb. Onun iş prinsipi təchiz edildiyi texnikanı tank əleyhinə qumbaraatanlardan və tank əleyhinə idarə olunan raketlərdən qorumaqdır.

Poliqon.az

CATEGORIES
TAGS