“Saab” istehsalı növbəti “GlobalEye” AEW&C təyyarəsinin ilk sınaq uçuşu baş tutub

“Saab” istehsalı növbəti “GlobalEye” AEW&C təyyarəsinin ilk sınaq uçuşu baş tutub

“Saab” şirkətinin istehsal etdiyi dördüncü “GlobalEye” AEW&C (Airborne Early Warning and Control) havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsinin ilk sınaq uçuş yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bu barədə İsveçin “Saab” şirkəti məlumat yayıb.

Bildirilib ki, sınaq zamanı təyyarə “Saab”ın İsveçin Linköping şəhərində yerləşən aerodromundan havaya qalxıb və onun bir sıra imkanları test olunub.

“GlobalEye” hava, dəniz və qurudakı hədəflərin uzun məsafədən aşkarlanmasını və identifikasiyasını təmin edən AEW&C təyyarədir. O, bu funksiyasını yerinə yetirə bilmək üçün bir sıra aktiv və passiv sensorlar ilə təchiz edilib.

AEW&C təyyarə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Qüvvələrinə real vaxt rejmində informasiya ötürməklə, həmin bölmələrin həm ətraf ərazi haqqındakı situasiya məlumatlılığının artmasına, həm də təhdidlərin daha erkən aşkarlanmasına imkan verir.

Poliqon.az

CATEGORIES
TAGS