“Sarsılmaz” ADEX-2022 sərgisində yeni məhsullarını təqdim edib

“Sarsılmaz” ADEX-2022 sərgisində yeni məhsullarını təqdim edib

Türkiyənin “Sarsılmaz” şikrəti Bakıda keçirilən 4-cü ADEX sərgisində geniş məhsul çeşidi ilə iştirak edib.

“Poliqon” xəbər verir ki, şirkətin stendi həm rəsmi nümayəndələr, həm də ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Sərgidə “Sarsılmaz” SAR 9, B6, K2, K12 ailəsinə və revolver sinfinə aid tapançalarını, SAR 109C, SAR 109T avtomatik tapançalarını, SAR sinfi avtomat və pulemyotlarını nümayiş etdirib.

ADEX-2022-də şirkətin əsasən, təhlükəsizlik qüvvələrinin gizli tapşırıqlarını yerinə yetirmək üçün hazırladığı SAR 9 C (Compact) və SAR 9 SC (Sub Compact) tapançaları, SAR 56 avtomatı, SAR 762 MT, habelə hava və quru platformalarına quraşdırıla bilən SAR 127 MT pulemyotu kimi yeni məhsulları diqqət çəkib.

 

SAR 9 SC ölçülərinə görə sub-kompakt sinifinə aiddir. SAR 9 ailəsinin ən kiçik üzvü olan SAR 9 SC 12 patron tutumu və 650 qram çəkisi ilə müştərilərə həm peşəkar, həm də praktiki istifadə imkanı verir. Tapança gecə atışlarına imkan verən üç nöqtəli “tritium-fiber” nişangaha malikdir.

 

5,56×45 mm çaplı SAR 56 avtomatı “Sarsılmaz”ın son zamanlar cəbhə xəttində döyüşənlər üçün hazırladığı silahlardandır. Qaz porşenli hərəkət sisteminə sahib SAR 56-nın erqonomikası ilə yanaşı digər əhəmiyyətli xüsusiyyəti də, fərqli lülə uzunluğu seçimlərinə sahib olmasıdır. 7.5, 11 və 14.5 düymlük 3 fərqli lülə uzunluğu variantı təklif edən SAR 56, yaxın məsafədən uzaq məsafəyə qədər müxtəlif şəraitlərdə baş verə biləcək bütün missiyalar üçün uyğun həll olaması ilə ön plana çıxır.

 

Yaxın döyüş mühitlərinin taktiki ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanan SAR 109T modul gövdə quruluşu ilə geniş çeşidli aksesuarların asanlıqla taxılmasına və istifadəsinə imkan verir. NATO standartlarına uyğun dizayn edilmiş aksesuar relsləri olan gövdəyə standart montaj tərtibatlarına sahib hər cür cihazlar quraşdırıla bilər. Funksional prinsip kimi geri təpmə sistemi ilə işləyən SAR 109T 9×19 mm çaplı standart NATO sursatlarınından istifadə edir. SAR 109T avtomatı dəqiqədə təxminən 900 atış etmək bacarığına malikdir. 220 mm uzunluğunda lüləsi olan SAR 109T-nin, 30 patron tutumlu tam dolu daraqla bir yerdə çəkisi 3,032 qramdır. SAR 109T tutmağı asanlaşdıran polimer rels örtükləri və müasir kompakt taktiki ehtiyat qundaq kimi təkmilləşdirmələrlə son dövrdə yeni görünüş qazanıb. Silah Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi tərəfindən əməliyyatlarda fəal şəkildə istifadə olunur. SAR 109T-nin standart variantı ilə yanaşı, mülki istifadə üçün hazırlanmış versiyası və üzərində daşıma tutacağı olan variantı da mövcuddur.

DSC 0902 e1662732155686

 

“Sarsılmaz” 7,62×51 mm-lik SAR 762 MT pulemyotlarının tədarükünə başlayıb və ilk tədarükü Jandarma Baş Komandanlığına edilib. SAR 762 MT-lər 4×4 taktiki təkərli zirehli avtomobildə uzaqdan idarə olunan silah sisteminə inteqrasiya edilib. SAR 762 MT-nin A, B, C və D olamaqla dörd fərqli versiyası var. Bunlardan SAR 762 MT-A uzaqdan idarə olunan silah sistemlərində istifadə edilə bilər. Piyadaların istifadəsi üçün hazırlanmış SAR 762 MT-B modeli isə həm haçadan, həm də ştativdən dəstək almaqla atəş açmaq imkanını verir. SAR 762 MT-C pulemyotunun ALTAY əsas döyüş tankında istifadə edilməsi hədəflənir. SAR 762 MT-B ilə oxşar xüsusiyyətlərə malik olan SAR 762 MT-D, 3 mövqeli qaz klapanı sayəsində dəqiqə ərzinədəki atış sürəti dəyişdirilə bilir. Pulemyotun ərazi hədəfləri üçün effektiv atış məsafəsi 1100 metr, maksimum atış məsafəsi isə 3725 metrdir. Silahın müxtəlif modellərinin orta çəkisi də 12 kiloqramdır.

SAR 762 MT

“Sarsılmaz” istehsalı olan 12,7×99 mm-lik SAR 127 MT ağır pulemyotu həm tam avtomatik, həm də tək-tək atəş aça bilir. SAR 762 MT-A kimi, uzaqdan idarə olunan döyüş modullarına da inteqrasiya edilə bilən SAR 127 MT istifadəçiyə həm də quru, dəniz və hava nəqliyyat vasitələrinə quraşdırılmaq imkanı verir. Təxminən 38 kiloqram ağırlığında olan silah, ştativlə istifadə edildikdə bölgə hədəfləri üçün 1830 metr effektiv mənzilə malikdir. “Sarsılmaz” silahın ilk partiyasının yaxın günlərdə reallaşdırılmasını planlayır.

SAR 127 MT

Poliqon.az

CATEGORIES
TAGS