SEPAH gəmiləri 2000 km mənzilli qanadlı raketlərlə təchiz olunub

SEPAH gəmiləri 2000 km mənzilli qanadlı raketlərlə təchiz olunub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk dəfə olaraq öz gəmilərini yerli istehsal edilən 2000 km mənzilli qanadlı raketlərlə silahlandırıb.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu SEPAH Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Əlirza Tanqsiri açıqlayıb.

O bildirib ki, bu cür raketlər İran tərəfindən inşa edilən “Şəhid Süleymani” adlı hərbi gəmiyə inteqrasiya olunub.

Ə.Tanqsirinin sözlərinə görə, döyüş gəmisi ilk dəfə olaraq yerli 40-2000 kilometr mənzilə malik “səthdən-səthə” tipli qanadlı raketlərlə təchiz edilib.

Poliqon.az

CATEGORIES