SHXÇDX korrupsiya ilə mübarizə mövzusunda təlim keçirib

SHXÇDX korrupsiya ilə mübarizə mövzusunda təlim keçirib

Azərbaycan Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhərində yerləşən yerli struktur bölmələri əməkdaşlarının potensialının inkişaf etdirilməsi və ixtisaslarının artırılması məqsədilə təlim keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, təlimdə “Korrupsiyanın qarşısının alınması. Korrupsiya ilə bağlı hüquqpozmalara görə məsuliyyət” və ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi” adlı mövzular əhatə olunub.

2023-cü il 26-28 aprel  tarixlərdə Xidmətin Bakı şəhəri Nizami rayon idarəsində keçirilmiş təlimdə SHXÇDX Aparatının Kadrlar və kadr hazırlığı baş idarəsi və Təşkilati nəzarət baş idarəsinin məsul əməkdaşlarının mühazirələri dinlənilib.

Mühazirəçilər tərəfindən təqdim edilən zəruri məlumatlarla yanaşı, həmçinin Xidmət rəisi tərəfindən şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr iştirakçıların diqqətinə çatdırılıb.

Sonda təlimin mövzularına dair aktual məsələlər müzakirə edilib,  dinləyicilərin sualları cavablandırılıb.

Poliqon.az

CATEGORIES