“Sikorsky” növbəti CH-53K helikopterlərini sifarişçiyə təhvil verib

“Sikorsky” növbəti CH-53K helikopterlərini sifarişçiyə təhvil verib

“Sikorsky” şirkəti ABŞ Dəniz Piyadaları Korpusuna (DPK) daha iki ədəd CH-53K “King Stallion” ağır nəqliyyat helikopteri təhvil verib.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Lockheed Martin” şirkəti məlumat yayıb.

Məlumatda hər iki helikopterin ABŞ DPK-nin Ceksonvil şəhərində yerləşən (Şimali Karolina ştatı) aviasiya bazasının ixtiyarına verildiyi bildirilib.

CH-53K-lar ABŞ Dəniz Piyadaları tərəfindən həm yüklərin daşınması üçün ağır nəqliyyat helikopteri, həm də müxtəlif tapşırıqların icrası üçün çoxməqsədli helikopter kimi istifadə olunucaq.

Bu son çatdırılma ilə birlikdə “Lockheed Martin”in tərkibinə daxil olan “Sikorsky” şirkətinin indiyə qədər ABŞ Dəniz Piyadaları Korpusuna təhvil verdiyi CH-53K helikopterlərinin sayı 9 ədədə yüksəlib.

Xatırladaq ki, ABŞ Dəniz Piyadaları CH-53K “King Stallion” helikopterini təyinatı üzrə istifadə etməyə ötən ilin aprel ayından başlayıb.

Poliqon.az

CATEGORIES
TAGS