Son 10 gündə cəbhədə 4 erməni əsgəri zərərsizləşdirilib

Son günlər cəbhə xəttində atəşkəs rejimini mütəmadi şəkildə pozmağa cəhd göstərən Ermənistan Ordusu itkilər verməkdə davam edir. “AzeriDefence”nin məlumatına görə, Novruz Bayramı ərəfəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Ordusunun bölmələri tərəfindən Azərbaycanın yaşayış məntəqələri və Silahlı Qüvvələrinin mövqelərinin mütəmadi şəkildə atəşə tutulması faktları qeydə alınmaqdadır.

Martın 10-dən cəbhə xəttində fəallığı artıran düşmən qüvvələri Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş cavab tədbirləri nəticəsində 4 hərbi qulluqçusunu itirib. Onlların arasında biri mayordur.

Bəzi erməni KİV-ləri, martın 19-da cəbhənin şimalında – Qazax rayonu ilə sərhəddə öldürülmüş mayor Artak Şaxbazyanın Ermənistan Ordusunun xüsusi təyinatlı qüvvələrinin zabiti olduğunu yazsalar da, bir saat sonra məlumatdan onun xidmət etdiyi hərbi hissə barədə olan hissə çıxarılıb.

Martın 18-də isə Xocavənd rayonu istiqamətində düşmənin bir hərbi qulluqçusu ağır yaralanıb. Məlumata görə, hazırda həmin əsgər Əsgəran hospitalında koma vəziyyətindədir.

Qeyd edək ki, bundan əvvəl martın 14-də eyni istiqamətdə Ermənistan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Sevak Aslikyan Azərbaycan əsgərlərinin həyata keçirdikləri cavab tədbirləri nəticəsində öldürülüb.

Martın 11-də isə Füzuli rayonu istiqamətində atəşkəsi pozarkən Ermənistan ordusunun əsgəri Ovik Balasanyan qarşı tərəfdən açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, bu məlumatların üçü Ermənistan tərəfdən doğrulansa da sonuncu xəbər barədə bu ölkənin mediası heç bir məlumat yaymayıb.

Bundan başqa, Azəərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşən erməni ordusunun 2 əsgəri mart ayı ərzində münaqişə zəminində bir birini güllələyiblər.

CATEGORIES