STM direktoru: Azərbaycan PUA sistemləri sahəsində mühüm həll tərəfdaşlarımızdan biridir

STM direktoru: Azərbaycan PUA sistemləri sahəsində mühüm həll tərəfdaşlarımızdan biridir

Taktiki mini PUA-larımızla Azərbaycan Ordusunun gücünə güc qatmaq istəyirik

STM şirkəti Türkiyə, Pakistan, Ukrayna və Malayziya üçün həyata keçirdiyi dəniz layihələrindəki təcrübəsinə və real döyüş mühitində özünü uğurla sübut etmiş taktiki mini PUA sistemlərinə əsaslanaraq ADEX-2024-də yeni əməkdaşlıqlar qurmaq və yeni əməkdaşlıqlara imza atmaq üçün məhsuldar görüşlər keçirib.

Bu sözləri STM şirkətinin baş direktoru Özgür Güleryüz “Poliqon” jurnalına müsahibəsində söyləyib.

Özgür Güleryüz bildirib ki, Azərbaycan PUA sistemləri sahəsində STM-nin mühüm həll tərəfdaşlarından biridir: “Azərbaycan hərbi qurumlarının da yayımladığı əməliyyat və təlim videolarında KARGU-nun bölgədə səmərəli şəkildə istifadə edildiyini görür və qürurlanırıq. Taktiki mini PUA ailəmizin digər üzvləri olan milli kəşfiyyatçı PUA-mız TOGAN, sursat buraxan PUA-mız BOYGA və KARGU-nun müxtəlif faydalı yük daşıyan versiyaları ilə Azərbaycan Ordusunun gücünə güc qatmaq istəyirik”.

CATEGORIES