
Tayvan Ordusu yeni zirehli döyüş maşının silahlanmaya qəbul edib
Tayvan Ordusu SM-34 “Cloud Leopard” (“Yunpao”) zirehli döyüş maşının silahlanmaya qəbul edib.
“AzeriDefence”nin Tayvan mediasına istinadən verdiyi xəbərə görə, ilk seriyalı SM-34 zirehli maşınları Tayvan ordusunun təlimlərində iştirak edib.
8×8 təkər formuluna malik SM-34 “Cloud Leopard” Tayvanın məşhur SM-32 / SM-33 zirehli maşınının bazasında yaradılıb.
SM-34 maşını “Chung-Shan” Elm və Texnologiya İnstitutu (CSIST) tərəfindən istehsal edilib. Maşın “Northrop Grumman” şirkətinin “Bushmaster” II Mk 44 avtomatik topu və iki ədəd 7.62 mm pulemyot ilə silahlandırırlıb. SM-34-ün döyüş çəkisi 24 ton təşkil edir.
Tayvan Silahlı Qüvvələri 2023-cü ilə qədər 284 ədəd SM-34 zirehli maşını almağı planlaşdırır.
CATEGORIES Xəbərlər