
İranın paytaxtı Tehranda keçirilən hərbi paradda yerli müdafiə sənayesi məhsulları nümayiş olunub.
“AzeriDefence”nin İran mediasına istinadən verdiyi xəbərə görə, paradda əsas diqqəti çəkən Rusiyadan bu yaxınlarda satın alınan S-300 zenit raket kompleksi olub.
Paradda modernləşdirilmiş tank, zirehli texnika, hava hücumundan müdafiə sistemlərini, o cümlədən milli istehsal olan orta mənzilli “Chalamche” və “Mersad” raket sistemlərini, “Qassed” aviabombasını görmək mümkün olub.
Bundan başqa İran körfəzində yerləşən Bəndər-Abbas şəhərində Hərbi Dəniz Qüvvələrinin paradı keçirilib.
Burada 2 min km məsafədə hədəfi məhv edə bilən “Qadr F” və “Sejjil”, 1,65 min km atəş məsafəsi olan “Qadr H” və “Emad” raket sistemləri nümayiş edilib.
HDQ-nın paradında “Nasr”, “Fakour 90” torpedaları nümayişə çıxarılıb.



