“Teledyne FLIR Defense” yeni “Rogue 1” süzən sursatını təqdim edib

“Teledyne FLIR Defense” yeni “Rogue 1” süzən sursatını təqdim edib

“Teledyne FLIR Defense” şirkəti ABŞ-da keçirilən Xüsusi Əməliyyat Qüvvələrinin (Special Operations Forces – SOF) həftəsi çərçivəsində yeni “Rogue 1” süzən sursatını təqdim edib.

“Poliqon” “Teledyne FLIR Defense”yə istinadən xəbər verir ki, “Rogue 1” süzən sursatı düşmənin canlı qüvvəsini, zirehsiz nəqliyyat vasitələrini, hərəkətli və stasionar zirehli hədəflərini məhv etmək üçün təyin olunub.

Vertikal qalxma-enmə (VTOL) xüsusiyyətinə sahib süzən sursat həm gündüz, həm də gecə vaxtı uzaq məsafədə kəşfiyyat və müşahidəni həyata keçirmək üçün qabaqcıl elektro-optik və “FLIR Boson 640+” termal kameraları ilə təchiz edilib. Operator hədəfdən asılı olaraq “Rogue 1” süzən sursatını müxtəlif döyüş başlığı ilə təchiz edə bilər. Bu sayədə süzən sursat istifadəçiyə hədəflərə effektiv dəqiq zərbələr endirməyə imkan verir. Onun havada qalma müddəti 30 dəqiqə, maksimum sürəti 113 km/saat və əməliyyat məsafəsi 10 km-dən çoxdur.

Bildirilib ki, aprel ayında “Teledyne FLIR Defense” şirkəti “Rogue 1” süzən sursatı ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən “Organic Precision Fires-Light” (OPF-L) proqramı üçün seçilib. Proqram çərçivəsində “Teledyne FLIR Defense”yə çatdırılma və say qeyri-müəyyən olmaqla 249 milyon dollar dəyərində müqavilə verilib. Bu yayın sonunda isə ABŞ Dəniz Piyadaları üçün şirkətə 127 ədəd “Rogue 1” süzən sursatından ibarət ilkin sifariş veriləcək.

CATEGORIES
TAGS