THK pilotsuz uçuş aparatı üçün çalışmaları sürətləndirir
Türk Hava Təşkilatı (THK) Universiteti Ankara İnkişaf Agentliyinin dəstəyi ilə pilotsuz uçuş aparatı (PUA) yaradır. Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.
THK Universitetinin rektoru professor Ünsal Ban bildirib ki, hədəf təqibi, hadisə yerinin müşahidəsi kimi funksiyaları reallaşdıracaq PUA sərhədlərin, boru xətlərinin, meşələrin, stadionların və avtomobil yollarının mühafizəsi havadan təmin oluna biləcək.
Təhlükəsizlik təşkilatlarına da böyük səmərə verəcək olan bu proyekt qısa zamanda həyata keçiriləcək deyə rektor vurğulayıb.
Ötən il başlanmış “Regional Mühafizə üçün Aşağı Yüksəklikli PUA və Yer Stansiyası” layihəsi çərçivəsində yaradılan PUA-nın yer stansiyası məlumatları təsnif etməklə yanaşı onları həm də arxivləşdirəcək. Layihə üzrə PUA-nın 2012-ci ilin sonuna qədər bhazırlanması nəzərdə tutulur.