Tovuzda partlayıcı maddə aşkarlanıb

Tovuzda partlayıcı maddə aşkarlanıb

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 25 sentyabr  2023-cü il tarixdə saat 11:19 radələrində, Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378.2-ci km, BTC – 378, 709-cu km-də mühafizə zonasından 15 metr aralı məsafədə su arxının kənarında (adsız arx) bir neçə ədəd şüphəli partlayıcı maddə aşkar edilib.

Bu barədə “Poliqon”a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aşkar edilmiş  beş ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı ANAMA agentliyinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədi ilə akt tərtib edilərək ərazidən götürülüb. Bu zaman ixrac neft və qaz boru kəmərlərinə və onun yerüstü infrastruktur obyektlərinə heç bir zərər dəyməyib.

CATEGORIES