Türkiyədə keçiriləcək “Eurasia Airshow-2020” aviaşousunun vaxtı dəyişib

Türkiyədə keçiriləcək “Eurasia Airshow-2020” aviaşousunun vaxtı dəyişib

Türkiyənin Antalya şəhərində 22-26 aprel tarixlərində keçirilməsi planlaşdırılan “Eurasia Airshow-2020” beynəlxalq aviaşousunun vaxtı dəyişdirilib.

Bu barədə “AzeriDefence”yə aviaşounun təşkilat komitəsindən məlumat verilib.

Məlumatda koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar aviaşonun vaxtının 24-28 iyun 2020-ci il tarixinə dəyişdirildiyi bildirilib.

Qeyd edək ki, Azərbaycandan ziyarətçi qismində nümayəndə heyətlərinin qatılacağı aviaşounun media partnyorları arasında “Azeri Defence” jurnalı da var.

airshov

CATEGORIES