Türkiyənin “Hovuz-14” üzən tərsanəsi HDQ-yə təhvil verilib

Türkiyənin “Hovuz-14” üzən tərsanəsi HDQ-yə təhvil verilib

Türkiyənin ASFAT şirkətinin baş podratçılığı ilə inşa edilən “Hovuz-14” adlı üzən tərsanə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bu barədə “Poliqon” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

10 000 ton tutumlu “Hovuz-14” üzən tərsanəsi Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın iştirakı ilə təşkil olunan mərasimdə Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.

Qeyd edək ki, üzən tərsanə gəmilərin qaldırılması, onların alt hissələrinin və mexanizmlərinin (val, vint, pərlərinin və s.) kontrol edilməsi, sualtı hissə və mexanizmlərin yosun və yapışmış balıqqulaqlarından təmizlənməsi, boyanması üçün nəzərdə tutulub. Üzən tərsanə istənilən yerə gedib dənizdə quraşdırıla bilir və orada qəzalı gəmiləri qaldırıb onlara texniki qulluq və təmir işləri keçirə bilir. 10 000 tonluq “Hovuz-14” Türkiyə HDQ-nin freqatlarına qədər bütün gəmiləri qaldırmaq imkanına malik olacaq.

CATEGORIES