Türkiyə Prezidenti: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir

Türkiyə Prezidenti: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməli, region yenidən sülh və sabitliyə qovuşmalıdır.

Azeri Defence saytının “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcəkdir.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər.

“İndi durub ağıl verirlər, zaman-zaman isə təhdid edirlər. “Türk əsgəri orda varmı?”, “Türkiyə ora silah göndərirmi?” söyləyənlər Suriyanın şimalına minlərlə TIR silahı ora daşıyanlardır. Bu ağıla, məntiqə baxın?! Sanki Azərbaycan Prezidenti İlham Əliyev bunlara hesab verməlidir.

İşğal edilən torpaqlar Azərbaycanındır. Bunu hamınız qəbul edirsiniz, Dağlıq Qarabağı qəbul edirsiniz. Buradakı 1 milyondan çox insanlar torpaqlarından uzaq, hazırda Azərbaycanda yaşayırlar. İşğalçılar isə oradadır. Heç kim bunun hesabını soruşmur. Artıq hesablaşma vaxtının gəldiyini söyləyən Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb”, – deyə Türkiyə Prezidenti bildirib.

CATEGORIES
TAGS