Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində əlaqələrimiz daha fərqli şəkildə inkişaf edəcək

Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində əlaqələrimiz daha fərqli şəkildə inkişaf edəcək

Müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayıb.

“Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”, – deyə Ərdoğan bəyan edib.

CATEGORIES
TAGS